Alimlər bu içkinin qadınlarda depressiyaya səbəb olduğunu aşkar edib

Alimlər bu içkinin qadınlarda depressiyaya səbəb olduğunu aşkar edib
Digər 103

Almaniyalı alimlər tərəfindən aparılan yeni araşdırma göstərib ki, gündə cəmi bir banka qazlı içki içmək belə qadınlarda psixi pozğunluqların, xüsusən də depressiyanın yaranma ehtimalını artırır.

BAKU.WS xəbər verir ki, tədqiqat nəticələri barədə "Fox News" məlumat yayıb.

Frankfurt Universitet Klinikasının mütəxəssisləri tərəfindən aparılan araşdırmada 900-dən çox yetkin insan iştirak edib. Onların təxminən yarısı klinik depressiya diaqnozli, digərləri isə tam sağlam olub.

Nəticələr göstərib ki, qazlı içkilərdən mütəmadi istifadə edənlərdə ağır depressiya əlamətlərinin yaranma ehtimalı orta hesabla 8 faiz daha yüksəkdir. Qadınlar arasında bu göstərici isə 16 faizə qədər yüksəlir.

Araşdırmaya rəhbərlik edən doktor Şarmili Edvin Tanaradja bildirib: "Biz sübut etdik ki, qazlı, şəkərli içkilərin istifadəsi depressiya diaqnozu ilə birbaşa əlaqəlidir. Həmçinin belə içkilər psixi simptomların daha ağır keçməsinə səbəb ola bilər".

Qazlı içkilər bağırsaq mikroflorasını pozur

Tədqiqatçılar bu vəziyyəti orqanizmdə "Eggerthella" adlı zərərli bakteriyaların çoxalması ilə əlaqələndiriblər. Həmin bakteriyalar iltihabi proseslər və psixi gərginliklə əlaqələndirilib. Qazlı içkilər bu bakteriyaların artmasına şərait yaradır, nəticədə bağırsaq mikroflorası pozulur və immun sisteminin fəaliyyəti zəifləyir.

Amerikalı diyetoloq Trista Best (Corciya ştatı) bu əlaqəni belə izah edib: "Qazlı içkilər bağırsaq mikroorqanizmlərinin tarazlığını pozur. Bu, zərərli bakteriyaları qidalandırır, eyni zamanda, faydalı mikrobların sayını azaldır. Nəticədə həzm sistemi və immunitet zəifləyir, orqanizm depressiyaya daha açıq olur".

Son xəbərlər