Alimlər bir neçə dil bilməyin üstünlüklərini aşkar etdilər

Alimlər bir neçə dil bilməyin üstünlüklərini aşkar etdilər
Digər 629

Amerikalı alimlərin yeni araşdırması göstərib ki, bir neçə dil bilmək uşaqların idrak bacarıqlarını yaxşılaşdıra bilər.

BAKU.WS xəbər verir ki, Mayami Universitetinin apardığı tədqiqata əsasən, 7-12 yaş arası 112 uşaq arasında aparılan müşahidələr çoxdilli uşaqların impulslarını daha yaxşı idarə etdiyini və tapşırıqlar arasında daha sürətli keçid etdiyini ortaya qoyub.

Bu nəticələr xüsusilə autizm spektr pozuntusu (ASP) olan uşaqlar üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, autizmdən əziyyət çəkən uşaqlar tez-tez diqqəti cəmləmək, planlaşdırma və eyni anda bir neçə vəzifəni idarə etməkdə çətinlik çəkirlər. Lakin tədqiqat çoxdilli uşaqlarda icraedici funksiyaların yaxşılaşdığını və bunun autizmin bəzi simptomlarını yüngülləşdirə biləcəyini göstərib.

Bundan əlavə, çoxdilli uşaqlar başqalarının düşüncə və baxış bucağını daha yaxşı anlayır. Alimlər qeyd edirlər ki, dillər arasında keçid etmək beynin diqqəti cəmləmək və impulsları idarə etmək qabiliyyətini gücləndirir.

Oxşar xəbərlər

Ən çox ağlayan körpələr bu aylarda doğulur

Ən çox ağlayan körpələr bu aylarda doğulur

Araşdırmalar göstərir ki, körpələrin ağlama tezliyi doğulduqları ayla müəyyən qədər əlaqəlidir. Tədqiqatlara görə, oktyabr–dekabr aylarında doğulan uşaqlar daha...

801 Digər 23:34 06 sentyabr 2025

Son xəbərlər