Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin gövdəsində, stabilizatorlarda çoxsaylı deşiklər aşkarlanıb - HESABAT

Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin gövdəsində, stabilizatorlarda çoxsaylı deşiklər aşkarlanıb - HESABAT
Digər 103

Təhqiqat komissiyası Aktau hava limanı yaxınlığında "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin konstruksiyalarının zədələnməsinin ətraflı müayinəsini davam etdirir.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin qəza ilə bağlı təqdim etdiyi ilkin hesabatda qeyd olunub.

Hesabata əsasən, qorunub saxlanmış fraqmentlərin ilkin müayinəsi nəticəsində gövdənin arxa hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında müxtəlif ölçülü və formalı çoxsaylı deşik və deşilməmiş zədələr aşkar edilib.

"Oxşar zədələr hava gəmisinin sol mühərrikində və sol qanadında, həmçinin hava gəmisinin aqreqat və komponentlərində aşkarlanıb. Bəzi yerlərdə zədələr düzgün düzbucaqlı formaya malikdir", - hesabatda qeyd olunub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI

100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI

Sosial şəbəkələrdə sevgilisinə etibar etməyənləri hədəf seçən və 100-150 manat ödəməklə başqasının mesajlarını oxumağın mümkün olduğunu deyən haker xidmətləri g...

160 Video 22:22 26 sentyabr 2026

Son xəbərlər