Ağ turpun bilmədiyimiz faydaları
Ağ turp çox faydalı tərəvəzdir və həm xammal, həm də bişmiş halda yeyilə bilər.
Onun tərkibi orqanizm üçün vacib olan vitaminlər, mineral maddələr və enzimlərlə zəngindir.
Ağ turpun faydaları
Tənəffüs yollarına xeyirlidir. Soyuqdəymə, öskürək və boğaz ağrısında bəlğəmi azaldır. Təzə turp şirəsi bal ilə qarışdırıldıqda təbii öskürək dərmanı kimi istifadə olunur.
Sidikqovucu və detoks təsiri
Ağ turp orqanizmdən artıq duzları və toksinləri xaric edir. Böyrək və sidik yollarının təmizlənməsinə kömək edir. Qan dövranını yaxşılaşdırır
Tərkibindəki antioksidantlar damarların elastikliyini qoruyur.
Xolesterini azaldaraq ürək-damar xəstəliklərinin riskini azaldır.
Həzm sistemini tənzimləyir
Tərkibindəki fermentlər yağları və karbohidratları parçalayır. Qəbizlik, köp və mədə ağırlığını azaldır.
İmmuniteti gücləndirir
C vitamini, fol turşusu və sink sayəsində immun sistemi möhkəmləndirir. Soyuq aylarda xəstəliklərə qarşı qoruyucu rol oynayır.
Arıqlamağa kömək edir
Kalorisi az, liflə zəngindir - uzunmüddətli toxluq hissi yaradır. Metabolizmi sürətləndirir.
Dəri və diş sağlamlığı
Dəri üçün təmizləyici təsiri var, sızanaq və ləkələrin azalmasına yardım edir.
Damaq və diş ətini möhkəmləndirir.
Oxşar xəbərlər
Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Kiberdələduzlar bir çox hallarda müxtəlif kampaniyalar adı ilə guya ucuz məhsul satışı, məhdud sayda endirim aksiyaları, xeyriyyə aksiyaları və ya sosial yardım...