32800 uşağın bağçaya qəbul olması ilə bağlı sms bildiriş gəlib

32800 uşağın bağçaya qəbul olması ilə bağlı sms bildiriş gəlib
Digər 60

"Sistem yeniləndildən sonra 32800 uşağın bağçaya qəbul olması ilə bağlı sms bildiriş gəlib. Lakin bu hələ uşağın bağçaya qəbul olunması demək deyil".

BAKU.WS xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib. 

O bildirib ki, 7 gün ərzində valideyn uşağın sənədlərini bağçaya təqdim etməlidir. Əks halda sorğu silinəcək:

"Elmi araşdırmalara baxsaq 0-5 yaş uşaqların ən inkişaf etdiyi dövrüdür. Həyat üçün lazım olan bacarıqların təməli məhz bu dövrdə formalaşır. Sonralar isə beyin inkişafı daha yavaş gedir.

Ölkəmizdə məktəbəqədər təhail bağçadan başlayır. Hər il olduğu kimi bu il də uşaqların yaşının artması ilə bağlı onlar məktəbə gedir və bağçalarda yer boşalır. Bu səbəbdən hər il iyun ayında proqnozlar veririk. Bu il 2025-2026-cı tədris ili üçün 58500 nəfərlik prpqnoz verilib. İyunun 30 da Naxçıvam Muxtar respublikasından, 25 iyunda isə Bakıda yaşayan valideynlər bağça seçiminə başladılar.

Sistem yeniləndildən sonra 32800 uşağın bağçaya qəbul olması ilə bağlı sms bildiriş gəlib. Lakin bu hələ uşağın bağçaya qəbul olunması demək deyil. Çünki 7 gün ərzində valideyn uşağın sənədlərini bağçaya təqdim etməlidir. Əks halda sorğu silinəcək. Bu yenilik bu ildən tətbiq edilib, əvvəllər belə deyildi", - deyə İ. Rəsulova vurğulayıb.

Banu Hüseynli

Oxşar xəbərlər

Son xəbərlər