Sabah yağış yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, 29-dan 30-na keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, güclü şimal qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 16-20, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.
Oxşar xəbərlər
İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb
"Azərbaycanla İran arasında korrupsiya və cinayətkarlıqla bağlı ikitərəfli əlaqələrimiz də davam edir və müvafiq strukturlar arasında əməkdaşlıq mövcuddur". BAK...