Mariya Stadnikə vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Mariya Stadnik U-15 və U-17 yaş qrupu üzrə Azərbaycan millisinin böyük məşqçisi vəzifəsinə təyin edilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Bildirilib ki, qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb. Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.
Qeyd edək ki, Toğrul Əsgərov əvvəlki kimi böyüklər və U-23 milli komandasında, o cümlədən U-20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.
Oxşar xəbərlər
Dmanisidə V-VIII əsrlərə aid məbədin qalıqları aşkarlanıb
Gürcüstanın Dmanisi bələdiyyəsinin Qantiadi (keçmiş Qalamşa) kəndi yaxınlığında yerləşən Naqzauri Erkən Xristian Monastır Kompleksində yeni məbədin qalıqları aş...