Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
Azərbaycanda dağlıq ərazilərə qar yağır, qarın hündürlüyü Şahdağda 7, Qrızda 1 sm-dir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 18-i saat 10:00-a olan məlumatında qeyd edilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Şabranda 8, Qəbələdə 7, Zaqatala və Sarıbaşda (Qax) 6, Qobustan və Balakəndə 4, Astara və Xaltanda 2, Quba, Qusar, İsmayıllı, Şamaxı, Şəki, Oğuz, Şabran, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Naftalan, Yardımlı, Biləsuvar, Lənkəran, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Martın 17-də şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.
Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), Zaqatala, Şəki, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Oxşar xəbərlər
Birbank və "Bir Kredit" BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
Avtomobil almaq istəyənlər üçün ən böyük çətinliklərdən biri yüksək ilkin ödəniş və uzunmüddətli rəsmiləşdirmə prosesidir. "Bir Kredit" BOKT (Bank Olmayan Kredi...