10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır.
Bu barədə BAKU.WS-ə MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, 27 avqust saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə başlanılacaq. Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Qeyd edək ki, 20 avqust saat 15:00-dan etibarən başlayan 2026–2027-ci tədris ili üzrə 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi davam edir.
Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
Daşkənddə "İslam sivilizasiyası: yeni baxış – yeni kəşflər" beynəlxalq mediaforumunun ikinci günündə "Əsrləri birləşdirən irs. İslam sivilizasiyasının mənəvi mə...