1,5 milyon illik ayaq izlərinin sirri açılıb

1,5 milyon illik ayaq izlərinin sirri açılıb
Digər 722

2021-ci ildə Keniyada Turkana gölünün sahilində 1,5 milyon il əvvələ aid olan bəşər tarixi ilə bağlı mühüm fakt aşkar edilib.

BAKU.WS xəbər verir ki, aşkar edilən ayaq izləri "Homo erectus" və "Paranthropus boisei"nin eyni yerdə və eyni zamanda yaşadığını göstərir.

"Homo erectusun" müasir insanların birbaşa əcdadı olduğu güman edilir, "Paranthropus boisei" isə daha çox meymunlara bənzəyir və daha sürətli yeriyirdi.

ABŞ-ın Chatham Universitetindən Dr. Kevin Hatala məsələyə belə aydınlıq gətirib: "İlk dəfə iki növün yan-yana yaşadığını bilirik. Onlar yəqin ki, bir-birlərinin varlığından xəbərdar idilər".

Tədqiqatçılar iki növün eyni ekosistemdə yaşadığını təsdiqləyirlər.

Ayaq izlərinin bir neçə saat və ya gün fərqlə əmələ gəlməsi bu iki növün bir-biri ilə qarşılıqlı əlaqədə ola biləcəyini göstərir.

Son xəbərlər