ABŞ koronavirus vaksininin istehsalına başlayır

14
iyl
2020
09:37
ABŞ-da dərman istehsal edən şirkətlər yayın sonuna kimi COVID-19 virusuna qarşı vaksinin buraxılışına başlamağı planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Bildirilir ki, Birləşmiş Ştatlar 2021-ci ilin əvvəlində preparatın 300 milyon dozasını istehsal etmək niyyətindədir.
Ehtimal olunur ki, vaksin materialları 4-6 həftə ərzində istehsal olunmağa başlayacaq.
Qeyd edək ki, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 13 milyonu ötüb.
Oxşar xəbərlər
İsrail institutu koronavirusa qarşı dərman yaratdığını bəyan edib
Nes-Sionada yerləşən İsrail Bioloji Tədqiqatlar İnstitutu (İBTİ) koronavirusa qarşı preparatın birinci işlək nümunəsini əldə edib. BAKU.WS xarici KİV-lərə isti...
