Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü - CƏDVƏL

Dünyada koronavirus infeksiyasına yoluxan 2 661 163 nəfər sağalıb, 366 891 nəfər isə koronavirusun yaratdığı xəstəlikdən ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.
Son rəqəmlər göstərir ki, COVID-19-un aşkarlandığı bütün ölkələrdə təhlükəli virusdan sağalanların ümumi sayı tədricən artır.
COVID-19 virusuna ən çox yoluxma ABŞ-da (1,793,530), Braziliyada (468,338) və Rusiyada (387,623) qeydə alınıb.
Dünya üzrə ən çox sağalma faktları isə bu ölkələrdə qeydə alınıb: ABŞ (519,569), İspaniya (196,958) və Braziliya (193,181).

Oxşar xəbərlər
Dünyada COVID-19-dan sağalanların sayı 2,5 milyonu ötdü - CƏDVƏL
Dünyada koronavirusdan sağalanların sayı 2 581 951 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasın...
