SİZİN REKLAM BURADA!
055 213 76 73


Çinin Uhan şəhərindən dünyaya yayılan COVID-19 virusunun daşıyıcılarının sayı 1 milyon 535 min 766 nəfər təşkil edir. 

BAKU.WS xəbər verir ki, Azərbaycanda bu virus daşıyıcılarının ümumi sayı 926 nəfərdir.

Koronavirusla bağlı ən qorxulu vəziyyət isə qonşu İranda müşahidə olunur. İranda COVID-2019 virusuna yoluxanların sayı 66 min nəfəri keçib. 

Digər qonşu ölkələrdən Türkiyədə 38 min 226, Rusiyada 10,131, Ermənistanda 921, Qazaxıstanda 764, Gürcüstanda isə 214 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

ÖLKƏLƏR YOLUXANLAR ÖLƏNLƏR SAĞALANLAR
Azərbaycan 926 9 101
İran 66,220 4,110 32,309
Türkiyə 38,226 812 1846
Rusiya 10,131 76 698
Ermənistan 921 10 138
Qazaxıstan 764 7 58
Gürcüstan 214 3 50
BAKU.WS