“Səud kral ailəsinin 150 üzvü koronavirusa yoluxub” - Kral və vəliəhd karantində

Səudiyyə Ərəbistanı kral ailəsinə mənsub 150 nəfərin koronavirusa yoluxduğu iddia edilib.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, bu iddianı “Nyu-York Tayms” qəzeti kral ailəsinə yaxın iki həkimə istinadən yazıb.
Məlumata görə, virusa yoluxanlar arasında Ər-Riyadın valisi Faysa bin Bəndər bin Əbdüləziz Səudun da olduğu bildirilib. Təhlükəsizlik məqsədilə 84 yaşlı Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman Ciddə şəhərinə yaxın bir adada sarayda karantinə alınıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında bu günə qədər 2795 nəfər virusa yoluxub, 41 nəfər ölüb.
Oxşar xəbərlər
İspaniya şahzadəsi koronavirusdan öldü
İspaniya kralı VI Filippin əmisi qızı, şahzadə Mariya Tereza koronavirusdan ölüb. BAKU.WS report-a istinadən xəbər verir ki, şahzadənin 86 yaşı var idi və o, Av...
