Bu ölkədə koronavirus sözü qadağan edildi
01
apr
2020
13:30
Dünyanın ən qapalı ölkələrindən biri olan Türkmənistanda “koronavirus” sözündən istifadə etmək və tibbi maska taxmaq qadağan edilib.
BAKU.WS “Habertürk”ə istinadən xəbər verir ki, hökumət koronavirus sözünün məktəblərdə, iş yerlərində, hətta sağlamlıqla bağlı məlumatlandırma broşürlərində istifadəsini qadağan edib.
Bundan başqa, küçədə bu pandemiya barədə danışanların və tibbi maska taxanların həbs ediləcəyi barədə də xəbərdarlıq edilib.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Türkmənistanda koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb.
Oxşar xəbərlər
Ermənistanda koronavirusa yoluxanların sayı artır - Qonşu ölkələrdə son durum
Ermənistanda koronavirusa yoluxanlarn sayı 571 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, ölkədə sutka ərzində daha 39 nəfər virusa yoluxub. Ölkə üzrə pandemiyadan...