Almaniya pandemiya ilə bağlı ölkəyə giriş qaydalarını yumşaldır

Almaniya hökuməti koronavirusa yoluxma hallarının azalması fonunda iyunun 1-dən etibarən yay mövsümü üçün ölkəyə giriş qaydalarını yumşaltmağı planlaşdırır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Karl Lauterbax bildirib.
“Biz 3G qaydasını (bir çox sahələrdə girişin yalnız Qərb ölkələrinin vaksini ilə peyvənd edilən, xəstə olub sağalan və mənfi koronavirus testinə malik olan şəxslərə şamil edilməsi - red.) avqustun sonuna qədər ölkə ərazisinə giriş zamanı tətbiq etməyəcəyik”, - o deyib.
İyunun 1-dən etibarən ölkəyə qayıdan səyahətçilərin və digər şəxslərin peyvənd olunduğunu, xəstələnib sağaldığını və ya testdən keçdiyini sübut etməsinə ehtiyac qalmayacaq.
Oxşar xəbərlər
Bu şəxslər üçün 2022-ci ildə pandemiya bitmiş olacaq - VİDEO
“Pandemiya ilə mübarizə strategiyaları fərqlidir və müxtəlif ölkələrdə də bu strategiyaların ayrı-ayrı metodlarından istifadə edilir. Bəzi ölkələr peyvəndləmə s...