Koronavirusun yeni variantı ilə bağlı qorxuya salan XƏBƏRDARLIQ

Mütəxəssislər İngiltərə və Rusiyanı bürüyən və Türkiyədə də görülən koronavirusun Delta variantı barədə xəbərdarlıq edirlər.
BAKU.WS "CNN International"a istinadən xəbər verir ki, Delta digər variantlardan bir neçə dəfə daha tez yayılır.
İlk dəfə Hindistanda aşkarlanan koronavirusun yeni variantı (Delta) ABŞ-da bu il COVİD-19-un "canlanmasına" səbəb ola bilər. Mütəxəssislər Delta variantının artıq ölkə miqyasında hər 5 yoluxma halından 1-ni təşkil edə biləcəyini söyləyirlər.
Baylor Tibb Kollecinin Milli Tropik Tibb məktəbinin dekanı Dr. Peter Hotez CNN-ə verdiyi açıqlamada, Deltanın ən yoluxucu koronavirus variantı olduğunu söyləyib.
Epidemioloq Castin Lessler yayın sonlarında və ya payızın əvvəllərində yeni dalğanın ola biləcəyini bildirib.
Oxşar xəbərlər
Hindistanda COVID-19-a gündəlik yoluxma sayı 400 mini ötüb
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 401 min 993 yoluxma aşkarlanıb. Bu, pandemiya dövründə dünyada COVID-19 virusuna gündəlik ən çox yoluxma h...
