Rusiyada son sutka ərzində 17 mindən çox yoluxma qeydə alındı

Rusiyada son sutka ərzində 17 mindən çox yoluxma qeydə alındı
Sosial 67

Rusiyada son sutka ərzində daha 17 611 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 316 826 nəfərə çatıb.

Son sutka ərzində 450 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 129 361 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Son xəbərlər