SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanı cənginə alan koronavirus pandemiyası davam edir. Hər gün xəstələrin sayında artım müşahidə olunur. Mütəxəssislər belə hesab edirlər ki, xəstələrin sayı açıqlanan rəsmi rəqəmlərdən xeyli artıqdır.

BAKU.TV xəbər verir ki, koronavirusa yoluxanlar arasında bu günə qədər bir çox dünyaca məşhur şəxslərin adları çəkilir.

Koronavirusa ilk yoluxan məşhurlardan İngiltərənin Baş naziri Boris Conson və Kanadanın Baş naziri Castin Trüdonun həyat yoldaşı Sofi Qrequar Trüdo, Olqa Kurilenko, Tom Henks və xanımı Rita Wilson koronavirusa qalib gəldiklərini açıqlayıblar.

Koronavirusa yoluxan Amerika Prezidenti Donald Tramp və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da qısamüddətli müalicədən sonra hər ikisi sağalaraq işlərinin başına qayıda biliblər.

Azərbaycanda isə koronavirusa yoluxan məşhurlardan xalq artisti Teymur Mustafayev dünyasını dəyişib. Əməkdar artist Bəhram Bağırzadə isə xəstəliyə qalib gələrək ölümdən dönüb.

BAKU.WS
VİDEO