Prezidentin köməkçisi: “Bu gün keçiriləcək iclasda qaydalara nəzarətlə bağlı çox ciddi tapşırıqlar veriləcək” - VİDEO

“Yumşalmalar nəticəsində yoluxmanın artması ehtimalı böyükdür. Bizim qarşımızda duran ən əsas məsələ virusun yoluxmasının qarşısını almaqdır. Birinci istiqamət karantin rejiminin çox sadə qaydalarına əməl etməkdir. Bu, ən vacib məsələdir. Bu, hər birimizdən asılıdır”.
BAKU.WS-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Ş.Mövsümov bildirib ki, qaydalara əməl etsək, yoluxmanın sürətini aşağı salacağıq:"İkinci istiqamət qoyulan qaydalara əməl olunmasına nəzarəti həyata keçirməkdir. Bu istiqamətdə çox ciddi addımlar atılacaq. Bunun yükü hökumətin üstünə düşür.
Bu gün Baş nazirin başçılığı ilə böyük iclas keçiriləcək. Bütün icra başçılarına müvafiq tapşırıqlar veriləcək. Üçüncüsü isə virusa yoluxanları tez aşkar etməkdir".
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...