SİZİN REKLAM BURADA!
055 213 76 73


"Təəssüf ki, biz çimərliklərin bu gün üçün açılmasına hələ hazır deyilik".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

O əlavə edib ki, əgər çimərliklər açılsa, əldə olunan həssas nailiyyətinin əldən verilməsi baş verə bilər: "Böyük kütlə bir yerə gəldikdə, yoluxma riski qat-qat artır. Çimərliklərlə bağlı 3 risk var.

Birincisi, çimərliyə gələn böyük kütlə arasında məsafə saxlamaq qeyri-mümkün olacaq. İkincisi, çimərliyə gələn insanlar müəyyən yerlərdən su və yemək alırlar. Bu da onlar arasında yoluxmaya səbəb ola bilər. Üçüncüsü, hər hansı çimərliyə o rayonda yerləşən insanlar gəlmirlər. Bakının müxtəlif yerlərindən insanlar bir yerə toplaşır ki, bu da yoluxmanın süni formada yayılması ilə nəticələnə bilər.

Amma bunu təşkil olunmuş bir forma və qaydada edə bilsək, bütün vətəndaşlarımız üçün bu, hədiyyə olar. Bu istiqamətdə işlər başlanılıb. Avqustun 5-dən sonra bu qaydalar tətbiq olunsa, əmin olsaq ki, biz bunları təhlükəsiz formada həyata keçirməyə qadirik, bunu nəzərə alacağıq".

BAKU.WS