Yeni Papa süni intellekti bəşəriyyət üçün əsas çağırış adlandırdı
Katolik kilsəsinin yeni rəhbəri Papa XIV Lev Vatikanda kardinalara etdiyi ilk müraciətində süni intellekti (Sİ) müasir dövrün əsas problemlərindən biri kimi qiymətləndirib. O, texnologiyaların insan ləyaqəti, ədalət və əməyin qorunması sahəsində yeni çağırışlar yaratdığını bildirib və süni intellektin inkişafını XIX əsrin sənaye inqilabı ilə müqayisə edib.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, əvvəllər ABŞ-dən olan kardinal Robert Prevo kimi tanınan Papa XIV Lev, öz ad seçimində Papa XIII Leva istinad etdiyini söyləyib. Qeyd edək ki, Papa XIII Lev 1891-ci ildə "Rerum Novarum" ensiklikasında fəhlə hüquqlarını müdafiə etmişdi. "Bu gün Kilsə süni intellekt və yeni sənaye inqilabına cavab olaraq sosial təlimini təqdim edir", – deyə çıxışı zamanı qeyd edib.
Papa, süni intellektin sürətli inkişafının iş yerlərinə və etik məsələlərə təhlükə yaratdığını vurğulayıb. Papa XIV Lev sələfi Fransisk kimi Kilsəni bu dəyişikliklərə ənənələrə və mənəvi prinsiplərə əsaslanaraq fəal şəkildə reaksiya verməyə çağırıb.
Oxşar xəbərlər
ABŞ və İsrailin İranla bağlı hansı fikir ayrılıqları var?: Gərginlik yaradan məqamlar
"Dostum Prezident Trampa İsrail və ABŞ arasında olan əməkdaşlığa görə bir daha təşəkkür etmək istəyirəm. Birlikdə davam edəcəyik və Tanrının köməyi ilə missiyam...