Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü - FOTO

Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun koronavirusa yoluxmuş həkim-bronxoloqu Faiq Ağayev vəfat edib.
BAKU.WS xəbər verir ki, 70 yaşlı həkim bu gecə müalicə aldığı ATU-nun Tədrisi Cərrahiyyə Klinikasında həyatla vidalaşıb.
O, klinikaya 26 iyun tarixində yerləşdirilmişdi. Xəstəxanaya aparılarkən vəziyyəti ağır olub. Həkimlərin 1 həftəlik səyi nəticəsiz qalıb və 3 iyul gecə saat 3-də vəfat edib.
Qeyd edək ki, Faiq Ağayev Milli Vərəm Proqramının rəhbəri, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsində çalışıb. O, 2009-cu ilədək bu vəzifəni icra edib.
Xatırladaq ki, BAKU.WS bir neçə gün əvvəl Ağ Ciyər Xəstəlikləri İnstitutunun işçiləri arasında kütləvi yoluxma barədə məlumat vermişdi.

Oxşar xəbərlər
Ağ Ciyər Xəstəlikləri İnstitutunun işçiləri arasında kütləvi yoluxma - TƏBİB məsələyə aydınlıq gətirdi
Ağ Ciyər Xəstəlikləri İnstitutunun 11 əməkdaşı koronavirusa yoluxub. BAKU.WS xəbər verir ki, son 3 gün ərzində tibb işçiləri Məmmədova Bikəxanım, Əliyeva Yegan...
