SİZİN REKLAM BURADA!
055 213 76 73


Respublikanın baş infeksionisti Cəlal İsayev maskaların qiymətinin aşağı salınmasıyla bağlı müvafiq qurumlara müraciət edib.

BAKU.WS xəbər verir ki, C.İsayev AzTV-nin efirində qonaq olarkən fikrini belə əsaslandırıb:

Bildirib ki, bəzi insanlar deyir ki, maska almağa o qədər pulu yoxdur:

"Buradan müvafiq qurumlara müraciət edirəm, maskanın qiymətini aşağı salsalar, daha yaxşı olar. Çünki gündəlik ən azı 3-5 dəfə maska dəyişməli olursan. Bəzi insanlar deyir ki, o qədər maska almağa pulum yoxdur. Bunu nəzərə almaq lazımdır. Super marketlərin gündəlik alveri böyük əhatəli olur, onlar pulsuz da paylaya bilərlər. Bu, çox önəmli bir şeydir. İnsanlar da başa düşəcək ki, maska nə qədər önəmlidir ki, bunu artıq pulsuz verirlər ki, taxıb qorunaq".

Aysel
BAKU.WS
VİDEO