Avtobusda tibbi maska taxmayanlar cərimələndi

Ağsu Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində xidmət aparan zaman Şamaxı rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusu saxlayarkən sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən edilib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Sabirabaddan Ağsu və Şamaxı rayonlarına gəzmək məqsədilə gələn gənclərə tibbi maskadan istifadənin zəruri olduğu və ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar olaraq sosial izolyasiya qaydalarına riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.
Sürücü və sərnişinlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Oxşar xəbərlər
Maska taxmayanlar kimə arxayındır?
5 aydan çoxdur ki, dünya koronaviorus adlı gözəgörünməz bəla ilə mübarizə aparır. BAKU.WS xəbər verir ki, Azərbaycandan fevralın sonunda etibarən yayılmağa başl...
