SİZİN REKLAM BURADA!
055 213 76 73


“Rayonların birində koronavirusa yoluxan xəstəyə yaxınları və qonşuları baş çəkməyə yığılıb”.

BAKU.WS xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

“COVİD-19-a yoluxmuş və sağalıb evə gedən insana hansı müddətdə qorunmaq izah olunur.

Müddət dəyişir. Biz virusdan sağalan vətəndaşlara 21 günü tamamlamağı tövsiyə edirik.

Baxır, o, neçə gün xəstəxanada qalır. Xalqımızın çox gözəl adətləri var - xəstələrə gedib evdə baş çəkmək adəti. Bir müddət bu adətlərimizi yığışdırmalıyıq.

Belə bir şey eşitmişəm. Rayonlarımızın birində koronavirusa yoluxduğu bilinən bir nəfərə yaxınları və qonşuları baş çəkiblər.

Bizim sözlərimizi düz başa düşün. Hadisələrə laqeyd qala bilmədiyim üçün bu sözləri deyirəm”, - deyə Yaqut Qarayeva bildirib.

BAKU.WS
VİDEO