Azərbaycanda küçəyə çıxmaq qadağası tətbiq olunandan sonra Bakı yolları da boşalıb.

BAKU.WS xəbər verir ki, hazırda paytaxt yolarında avtomobillərin hərəkəti də qadağan olunub. Günün bütün saatlarında tıxac olan yollarda ilk dəfə olaraq boşluqdur.

Qeyd edək ki, bu gündən Azərbaycanda küçəyə çıxmaq qadağası başlayır.

Bununla bağlı Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

BAKU.WS Bakı Nəqliyyat Agentliyinin paylaşdığı fotoları təqdim edir.

BAKU.WS
QALEREYA