Gəncədə 2 günlük xüsusi karantin rejiminin tətbiqindən sonra ölkənin ikinci böyük şəhərində hərəkət tam şəkildə məhdudlaşdırılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, şəhər tamami ilə səssizliyə qərq olub.

Küçələr boşalıb, mağazalar bağlanıb. Dövlət müəssisələri fəaliyyətini dayandırıb.

Tarixində ilk dəfə olaraq Gəncənin küçələrində sakinlər görünmür. Yaşayış massivləri və prospektlərdə sadəcə polis işçiləri və Daxili Qoşunların əsgərləri müşahidə olunur. Polis avtomobilləri ilə ara küçələr yoxlanılır, karantin qaydalarına əməl edilməsi istənilir.

Ayrıca ictimai nəqliyyatın hərəkəti də ta tam dayanıb. Qeyd edək ki, Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

BAKU.WS
VİDEO

QALEREYA