Emin Ağalarov COVID-19-a yoluxduğunu etiraf etdi - VİDEO

05
iyn
2020
11:44
Azərbaycan Xalq artisti, “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov COVID-19 virusuna yoluxduğunu etiraf edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə “Instagram”da opera müğənnisi Yusif Eyvazovla birgə canlı yayımda danışıb.
E.Ağalarov bildirib ki, işləri ilə əlaqədar bir çox insanla görüşüb və bəzən sosial məsafə saxlamaqda çətinlik çəkib:
"Bir müddət evdən işləməli oldum. İki həftə ərzində evdə tək qaldım. Həyatımda heç vaxt bu qədər tək qalmamışdım. Artıq tam sağalmışam və qanımda koronavirus infeksiyasına qarşı antikor var".
Oxşar xəbərlər
Koronaviruslu xəstələri müalicə edən həkim: "Biz bəzilərini məcburi qaydada xəstəxanada saxlayırıq"
Koronavirus yalnız ona yoluxan xəstələrin deyil, həmin xəstələri müalicə edən həkimlərin də ətraf mühitdən təcrid edilməsini zəruri edir. Buna görə də öz həyatl...
