VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə tibb işçilərinin vəfat etmiş şəxslərin yaxınlarına koronavirusdan ölməsilə ilə bağlı arayış verməsini təklif etməsilə bağlı şayiələr yayılmaqdadır.

BAKU.WS xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində vətəndaşları təxribat xarakterli şayiələrə inanmamağa çağırıb.

O, sosial şəbəkələrdə yayılan ən populyar şayiəyə belə aydınlıq gətirib: 

"Sosial şəbəkələrdə məqsədli şəkildə təxribat xarakterli şayiələr yayılır ki, guya hər hansı xəstəlikdən vəfat etmiş şəxslərin yaxınlarına tibb işçiləri tərəfindən pul müqabilində həmin şəxsin koronavirusdan ölməsilə bağlı arayış verilməsi təklif edilir. Təəssüflər olsun ki, bu cür şayiələr vətəndaşlarda inamsızlıq və pandemiya ilə əlaqədar bəzi məsələlərə şübhə yaradır.

Məsələ müvafiq qurumlar və bizim tərəfimizdən bunlar araşdırılmışdır. Bu deyilənlər həqiqətə uyğun deyil və təmamilə şayiə xarakterlidir. Qeyd edək ki, COVİD 19 xəstəliyinin diaqnozunu qoymaq elə də sadə bir məsələ deyildir. Bunun üçün dövlət qurumlarının nəzarəti altında olan elektron portal var. Biz ilk gündən şəffaflıq prinsipi ilə çalışmışıq. Bu elektron sistemə hər hansı müdaxilə mümkün deyil və yolverilməzdir. Hər kəsi bu kimi şayiələrə inanmamağa çağırırıq".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO