Operativ Qərargahdan toylarla bağlı AÇIQLAMA

Nazirlər Kabineti yanında Operativ Qərargah şadlıq saraylarının işini bərpa edib-etməyəcəyinə münasibət bildirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, son iki-üç gün ərzində yumşalma və sərbəstlik artdıqca, yoluxmaların sayında da artım olub. Bu fonda toyların keçirilməsi və şadlıq saraylarının işləməyə başlaması bir qədər problemli görünür:
"Hər şey yoluxmanın sayından və bizim özümüzün sosial məsuliyyətindən asılıdır. Bəlkə də yoluxmaların sayı artmasaydı, biz bu gün burda daha çox yumşalmadan danışardıq. Amma 230 nəfərin bir gündə virusa yoluxması artıq böyük rəqəmdir. Dövlətin öz vətəndaşlarını qorumaq kimi bir məsuliyyəti var. Ona görə də hər şey yoluxmanın səviyyəsindən asılıdır”.
Oxşar xəbərlər
Azərbaycanda son günlər koronavirusa yoluxanların sayı niyə artır? - MÜSAHİBƏ
"Həkimlərdə bu qədər pul haradandır? Vicdan bu qədər itirilib?" BAKU.WS Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal...