VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasında daha 103 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bununla da hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına yoluxan 4989 nəfərdən sağalanların sayı 3125 nəfərə çatıb.

Hazırda 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

BAKU.WS