SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər koronavirusa yoluxanların sayına görə Mərkəzi Aran rayonları ön sıralarda dayanır. Burada Kürdəmiri xüsusi qeyd etmək lazımdır.

Baku.Tv xəbər verir ki, təkcə son iki gündə rayonun Sığırlı kəndində 21 nəfərin bu virusa yoluxduğu aşkarlanıb.

Onların içərisində 1 yaşlı uşaq da var. Demək olar ki, kənd sakinlərindən hər kəsin temperaturu ölçülüb. Şübhəli şəxslərdən elə yerindəcə yaxma analizləri götürülüb.

Virusa yoluxmaya görə son günlər kənddə maarifləndirmə xarakterli əhali ilə söhbətlər aparılsa da, hələ də buna məhəl qoymayan sakinlərə rast gəlinir. Kənd ərazisində insanların bəziləri maskasız gəzir, bəziləri isə çəkiliş apardığımızı görüb cibindən maska çıxarıb taxırlar. Sığırlı kənddində koronavirusa yoluxma halı artdığından insanların ən çox toplandığı kafe, çayxanalar da bağlanıb.

Rayon İcra Hakimiyyətinin müavini Ağalı Kərimli bildirib ki, yoluxma halının çoxalmasına səbəb sakinlərin sosial izoliasiya qaydalarına riayət etməmələridir. İcra rəsmisi onu da qeyd edib ki, sakinlərə zərurət olmadığı halda evdən çölə çıxmamaq, tibbi maskalardan və əlcəklərdən istifadə etmək tövsiyə edilib.

BAKU.WS
VİDEO