"COVID-19-la mübarizədə Azərbaycanda həyata keçirilən tədbirlər bizi çox sevindirir".

BAKU.WS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əlaqədə çalışır. Azərbaycan 5 milyon olmaqla Ümumdünya Səhiyyə Təşkilatına yardım edib. Buna görə, Prezidentə təşəkkür edirik”, deyə H.Harmançı bildirib.
Hande Harmancı həmçinin qeyd edib ki, hazırda dünyanın bir çox ölkələrində karantinlə bağlı tətbiq olunan məhdudiyyətlərin yumşaldılması prosesi həyata keçirilir.

“Karantindən çıxış zamanı isə yoluxma halları hələ də müşahidə olunur. Bu isə gözləniləndir. Ona görə də bütün qaydalara riayət etməliyik”, deyə H.Harmancı bildirib.

BAKU.WS