"Mall"ların fəaliyyəti bərpa olunacaqmı? – RƏSMİ AÇIQLAMA

Mallların fəaliyyəti bərpa olunacaqmı? – RƏSMİ AÇIQLAMA
Sosial 3715

Aprelin 27-dən sonra bir çox ticarət obyektləri açılıb. Bu, “Mall”ların fəaliyyətinə də aiddirmi?

BAKU.WS xəbər verir ki, məsələyə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov münasibət bildirib.

Qurum rəsmisi qeyd edib ki, "Mall"larda ərzaq marketləri və apteklər fəaliyyət göstərirlər.

“Karantin rejiminin yumşaldılmasında iri ticarət mərkəzlərinin və "mall"ların yenidən fəaliyyət göstərməsi nəzərdə tutulmur. Onlar üçün qadağalar əvvəlki vəziyyətdə qalır", - deyə İbrahim Məmmədov bildirib.

Son xəbərlər