Prezident: "200 min əvəzinə 600 min insana dövlət hər ay 190 manat verməlidir" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdı. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq".
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda deyib.
Dövlət başçısı bildirib ki, 200 min əvəzinə 600 min insana dövlət 2 ay ərzində hər ay 190 manat vəsait verməlidir:
"Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir. Eyni zamanda, koronavirusla bağlı işini itirənlər, qeyri formal məşğulluqla məşğul olanlardır".
Oxşar xəbərlər
Prezident: Karantin rejimi uzadılacaq - VİDEO
"Bildiyiniz kimi karantin rejimi aprelin 20-ə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır". BAKU.WS xəbər v...