Azərbaycanda bir nəfər koronavirus xəstəsi öldü - RƏSMİ

Azərbaycanda bir nəfər koronavirus xəstəsi öldü - RƏSMİ
Sosial 2509

Azərbaycanda bir nəfər koronavirus xəstəsi ölüb.

Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 351 nəfəri müalicə olunaraq sağalmış, 13 nəfər vəfat etmiş, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Son xəbərlər