SİZİN REKLAM BURADA!
055 213 76 73


"Xaliq Faiqoğlu" şirkəti hər zaman olduğu kimi kəskin respirator virusun kütləvi yayılma riskinin mövcud olduğu hazırkı dönəmdə də sərnişinlərin təhlükəsizliyi və rahatlığı istiqamətində zəruri tədbirlər həyata keçirir.

Şirkətdən BAKU.WS-ə verilən məlumata görə, bir çox sərnişinlərin onlar üçün yaradılmış şəraitə və ictimai nəqliyyatda davranış qaydalarına yaraşmayan hərəkətlər etməsi, ictimai mülkiyyətə qəsdən ziyan vermələri hallarına tez-tez rast gəlinir.

Bildirilir ki, son günlərdə 20-dən artıq avtobusda bəzi insanlar sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün quraşdırılan və spirt tökülən qabları qıraraq və ya yerindən qopararaq yararsız hala salıb.

Bəzi hallarda sərnişinlərin qablardakı spirti qəsdən yerə boşaltması, lüzumsuz formada istifadə etməsi, özləri ilə götürdükləri qablara boşaltması halları da müşahidə edilir.

Şirkətdən xəbərdarlıq edilib ki, mülkiyyətə qəsdən ziyan verən şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görüləcək.

BAKU.WS
QALEREYA