SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı metrosunun bağlanması ilə əlaqədar bu gün səhərdən paytaxt yollarında sıxlıq müşahidə edilib.

BAKU.WS xəbər verir ki, bir çox dayanacaqlarda sərnişinlər toplu halda yığışıblar. Avtobuslarda da basabas müşahidə olunub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə "report”-a açıqlamasında təsdiqləyib ki, bu gün də səhər saatlarından metro stansiyalarının ətrafında sıxlıq müşahidə edilib. Onun sözlərinə görə, əksər vətəndaşlar sosial təcrid qaydalarına əməl etməyib.

“Paytaxtda sərnişin sıxlığının qarşısını almaq üçün istehsalat bazasındakı bütün avtobuslar xəttə çıxarılıb”, - deyə qurum rəsmisi bildirib.

Xatırladaq ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunun bağlanmasına, sərnişin daşımalarının yalnız müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçirilməsinə qərar verib.

Bundan sonra BNA bütün ekspres xətlər üzrə avtobusların iş qrafikini saat 07:00-dan 20:00-a qədər olmaqla dəyişdirib. Müntəzəm xətlər üzrə avtobusların iş qrafiki isə olduğu kimi saxlanılıb.

Ziya SƏCCAD
BAKU.WS
QALEREYA