SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasından ölüm faktı aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib.

Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilmiş və karantinə götürülüblər.

Qeyd edək ki, bununla da Azərbaycanda koronavirusdan ölənlərin sayı 2-yə çatdı.

BAKU.WS