Azərbaycanda koronavirusdan ölənlərin sayı 2-yə çatdı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasından ölüm faktı aşkarlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib.
Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilmiş və karantinə götürülüblər.
Qeyd edək ki, bununla da Azərbaycanda koronavirusdan ölənlərin sayı 2-yə çatdı.
Oxşar xəbərlər
Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu, ölən var
Azərbaycan Respublikasında 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilə...