Azərbaycan vətəndaşları Macarıstandan təxliyyə olunur - VİDEO/FOTO

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin təşəbbüsü ilə bu gün yerli vaxtla saat 20:00-da Azərbaycan Respublikası vətəndaşları çarter reyslə Macarıstandan təxliyyə ediləcək.
Azərbaycanın Macarıstandakı səfirliyinin birinci katibi Emil Rəhimovun eksklüziv olaraq BAKU.WS-ə verdiyi məlumata görə, bu məqsədlə Bakıdan Budapeştə 198 nəfərlik təyyarə göndərilib.
Hazırda səfir başda olmaqla diplomatik korpusun bütün əməkdaşları Macarıstanda olan Azərbaycan vətəndaşlarının təxliyyə işlərini həyata keçirirlər. Onların hava limanına gətirilməsi təşkil edilir.
Emil Rəhimovun sözlərinə görə, reyslərin bütün xərcləri Azərbaycan hökuməti tərəfindən ödəniləcək.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan-Türkiyə sənədləri imzalandı - FOTO (YENİLƏNİB)
Fevralın 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Ta...
