Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 43 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, xəstəlikdən 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 824 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 053 nəfər müalicə olunaraq sağalıb, hazırda 257 aktiv xəstə var. Bu günə qədər 9 978 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 235, bu günə qədər isə ümumilikdə 7 373 658 test icra olunub.

Oxşar xəbərlər
Azərbaycanda son sutkada 39 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 39 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...