SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 339 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 363 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 19 959 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 702 988, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 098 541, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 593 278 nəfər təşkil edir.

Ümumilikdə isə 1 011 169 buster doza vurulub.

BAKU.WS