SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 841 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 077 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 25 846 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 639 817, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 091 569, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 583 569 nəfər təşkil edir.

Ümumilikdə isə 964 613 buster doza vurulub.

BAKU.WS