SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynada koronavirusa qarşı iki doza vaksinasiyası olan vətəndaşlara 1000 qrivna (64,70 AZN) verilməsi planlaşdırılır. Bu barədə Prezident Vladimir Zelenski xalqa müraciəti zamanı danışıb.

BAKU.WS xəbər verir ki, oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsi "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində müzakirəyə çıxarılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov vaksin vurduranlara pul verilməsi ilə bağlı sualı belə cavablandırıb: "Dünyada ən böyük mükafat Allah tərəfindən bizə verilən ağıl və məntiqdir. Var olan bilgiləri qiymətləndirib onları ayıra bilmək gücüdür.

İkinci bizə verilə biləcək ən böyük hədiyyə can sağlığıdır. Bunun üçün bəzi həqiqətləri bilərək hər hansı mükafat arxasınca qaçmadan dövlətin ortaya qoyduğu səylərə qarşı adekvat reaksiya verməliyik".

BAKU.WS
VİDEO