SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusdan vəfat edən Nurlan Ağa (Salamov-red) ilə vida mərasimi keçirilib.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, mərasimdə mərhumun tələbə yoldaşları, müəllimləri və media nümayəndələri də iştirak edib.

Gənc alim Abşeron rayonunun Masazır qəsəbəsində dəfn edilib.

Qeyd edək ki, Nurlan Ağa oktyabrın 11-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

BDU-nun Jurnalistika fakültəsinin bakalavr və magistratura pilləsinin məzunu, Ərzurum Atatürk Universitetinin Jurnalistika fakültəsinin doktorantı olan Nurlan Salamov ölkədə və xaricdə yayımlanan onlarla elmi və publisistik məqalənin, “15 iyul” və media”, “İkinci Qarabağ Müharibəsi” kitablarının müəllifidir.

BAKU.WS
QALEREYA