SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatı virusun “Delta” variantından daha təhlükəli ştamların meydana gələcəyini açıqlayıb.

Buna səbəb COVID-19-un coğrafiyası genişləndikcə mutasiya növlərinin də artması, nəticədə “Delta”dan da təhlükəli ştamların yaranmasıdır.

BAKU.WS xəbər verir ki, hazırda dünya ölkələrində “Delta” ştammı, virusun mutasiyaya uğrayan digər növləri ilə müqayisədə daha çox yayılıb.

Son zamanlar Azərbaycanda da aşkarlanan bu ölümcül virus qonşu ölkələrdə sürətlə yayılır. Bunlar Rusiya, Gürcüstan və Türkiyədir.

Mütəxəssislər ölkəmizdə də buna qarşı müəyyən tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirirlər.

Bu haqda BAKU.WS-ə müsahibə verən Tibb Elmləri doktoru Adil Qeybulla meydana gələn yeni viruslarda hazırda zəifləmə tendensiyası olduğunu, buna baxmayaraq karantin kimi ciddi tədbirlərə gedilməli olduğunu bildirib:

"Azərbaycanda “Delta” və “Delta plus” ştamlarına qarşı görüləcək tədbirlər haqqında danışmaq tezdir. Mən düşünürəm ki, vaksin olunanların sayını artırmaqla yanaşı, karantin kimi ciddi tədbirlərə də getmək lazımdır".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yaranacaq yeni mutasiyaları ilə bağlı dünya ölkələrinə xəbərdarlıq edib.

Bəzi ölkələrdə meydana gələcək 4-cü dalğaya görə qabaqlayıcı tədbirlər görməyə səsləyib.

BAKU.WS