SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 114 nəfər müalicə olunaraq sağalıb, 4 945 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 2 688 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 673, bu günə qədər isə ümumilikdə 3 572 418 test icra olunub.

BAKU.WS