VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus əleyhinə 28 411 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 079, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 332 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 1 891 703, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 068 493, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 823 210 təşkil edir.

BAKU.WS